Qazaxın kəndləri və Kərki geri qaytarılarsa, ərazilərə Rusiya sülhməramlıları yerləşdirilə bilər ? - AÇIQLAMA
Baxılıb: 528 Tarix: 09-04-2024 11:47
Məlum olduğu kimi, Qazaxın kəndlərinin geri qaytarılması ilə bağlı rəsmi erməni mətbuatında bir sıra məlumatlar yayılır. Sonuncu dəfə Ermənistan baş naziri Nikol Paşinyan Tavuş bölgəsində sakinlər ilə görüşündə bildirib ki, anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri Azərbaycana geri qaytarılmalıdır. Amma Paşinyan bu kəndlərin qaytarılması və sülhdən dəm vursa da, Kərki kəndinin qaytarılmasından bir kəlmə belə danışmır. Qazaxın 7 kəndi və Kərki qaytarılarsa sözügedən ərazilərdə yaşayan erməni sakinlərinin məsələsi gündəmə gəlir. Həmin kəndlərə Rusiya sülhməramlıları yerləşdirilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Məhəmməd Əsədullayev deyib ki, ümumiyyətlə Azərbaycan və Ermənistan arasında anklav kəndlərin qaytarılması istiqamətində hələ ki, ümumi bir razılıq yoxdur:
"İlk olaraq bu kəndlərin geri qaytarılması razılaşdırılmalıdır. Ermənistan mütləq şəkildə anklav olmayan 4 kəndi qaytarmalıdır. Naxçıvanı Kərki və Qazaxın anklav olan 3 kəndində isə bir sıra məqamlar var. İlk olaraq bildirim ki, bu kəndlər Azərbaycan kəndləridir. Bu kəndlərdə ermənilərin yaşamağına ehtiyac yoxdur. Ona görə də nəinki rus, hətta hər hansı bir sülhməramlı kontingentinin orada olmasını ehtiyac görmürəm. Əgər Azərbaycan və Ermənistan arasınada sülh müqaviləsi olacaqsa, niyə hər hansı bir ölkənin sülhməramlı qüvvələri nu kəndlərdə olmalıdır? Ümumiyyətlə sülhməramlıların regionda qalmasını nə Azərbaycan nə də Ermənistan istəyir. Bu nöqteyi-nəzərdən əgər gələcəkdə belə bir hal olacaqsa bu ərazilərdə Rusiya sülhməramlıların yerləşdirilməsinə ehtiyac yoxdur".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər