"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq
Baxılıb: 648 Tarix: 18-04-2024 13:25
Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomatı qəbul etdiyi bildirilir.
Məsələ ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
Politoloq bildirib ki, biz hər zaman Fransanın ədalətsizliyinə şahid olmuşuq:
"Fansaınınn Azərbyacandakı səfirini geri çağırması iki ölkə arasındakı münasibətlərin gərginləşməsi deməkdir. İki ölkə arasındaki münasibətlərin bu səviyyəyə gəlməsində səbəbi Azərbaycan yox, Fransadır. Fransa hər zaman Azərbyacana qarşı ədalətsizlik və haqsızlıqlar edib. Torpaqlarımız işğal altında olduğu zaman da biz Fransanın ədalətsizliyinə şahid olmuşuq. Fransanın qondarma qətnamələr qəbul edilib. Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma böhtan kampaniyasında oyuncağa çevriliblər.
Fransa dövlət səviyyəsində Azərbaycanla əlaqələrini gərginləşdirib. Fransanın Azərbaycandakı səfirini geri çağırması bu ölkənin qərəzli siyasətini sübut etmiş olur.
Fransa Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycan ilə əlaqələrini yaxşılaşdırmaq yerinə, vəziyəti daha da gərginləşdirir. Bu hadislərdə itirən tərəf Fransanın özü olacaq. Fransa bilməlidir ki, Azərbaycan olmadan Qafqazdan- Asiyaya uzanan kominikasiya loqistika sahələrində beynəlxalq istirakdan söhbət gedə bilməz. Fransanın bu siyasəti iki ölkə arasında diplomatik münasibətlərin yaxın zamanda düzəlməyəcəyini göstərir".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər