Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Separatçılar Qazaxda təxribatı genişləndirir: Azərbaycan antiterror əməliyyatı KEÇİRƏCƏK? - AÇIQLAMA

Baxılıb: 631     Tarix: 22-04-2024 14:10   

Xəbər verdiymiz kimi, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Qazaxın kəndlərinin qaytarılmasına görə, orada yaşayan erməni sakinləri aksiyaya başlayıb. Bu təxribata səbəb olanların isə "Yerkrapan" terror təşkilatının üzvləri olduğu bildirilir. Buna cavab olaraq Ermənistan höküməti onlara qarşı bölgəyə xüsusi təyinatlıları cəlb edib. Bu terror təşkilatı isə bir neç ay əvvəl sərhəddə təxribat törətmiş və sərhədçimizin yaranlanmasına səbəb olmuşdu. Əgər bu terror qrupunun üzvləri iğtişaşları genişləndirərsə və Qazaxda təxribat törətməyə cəhd göstərərsə, Azərbaycan onlara qarşı tədbirlər həyata keçirə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, baş verənlərdən aydın görünür ki, təxribat törətmək və camaatı aksiyaya qaldırmaq istəyənlər elə də güclü deyillər:
"İstər İrəvanda, istərsə də həmin bölgədə onların arxasınca gedən yoxdur. Çox az bir qisim mövcuddur. Çünki həmin revanşist qüvvələr əsasən "Daşnaksütyun" partiyasına bağlıdır. Hazırda o partiyanın isə 2 faizdən yuxarı reytinqi yoxdur. Ara-sıra kiminsə çıxış etməyi onlara bağlı olan şəxslər tərəfindən sosial şəbəkələr vasitəsilə şişirdilir. Açığı elə güclü aksiyada keçirilmir. Adətən oranın öz camaatı Paşinyanın ikinci səfəri zamanı hamısı razı salınıb və tələblərinin yerinə yetiriləcəyinə söz verilib. Ümumən 4 kənd deyil, 4 kəndin elə Qızılhacılının özü bizim nəzarətimizdə idi. Ən əsas problem burada o postları geriyə çəkməkdir. Çünki insanların yığışmasi və yaşaması üçün mütləq şəkildə hərbçilər oradan çıxarılır və arxaya çəkilir. Bizim sərhədçimiz isə öz sərhədlərimizdə yerləşdirilir. Sərhədçilərin nəzarəti altında atəşkəs və inam yaranır".
Ekspertin sözlərinə görə, bizim əhalimizin oraya köçürülməsi üçün aidiyyəti orqanlar tərəfindən tədbirlər görülməyə başlayır:
"Bu vaxta qədər Paşinyanın dövründə əsasən onların çıxışları olub. Hiss olunur ki, camaat artıq bundan yorulub. İrəli sürülən "Alma-Ata" deklarasiyasına görə, onlar Azərbaycanın BMT bütün dünya ictimaiyyətinə və institutları tərəfindən tanınmış əzəli torpaqlarıdır. Onların heç birinin bu qərara etiraz etməyə hüquqları yoxdur. Onların dediyi o, idi ki, guya ərazidən yol keçirdi. Paşinyanda söz verdi ki, həmin yol öz ərazilərindən olmaqla yenidən çəkiləcək və insanların lazım olan ehtiyacları ödəniləcək. Ona görə də Azərbaycanın həmin birləşmələrə qarşı hər hansı əməliyyat keçirməyinə ehtiyac yoxdur. Çünki o kəslər Ermənistanın daxilində erməni hakimiyyətinə qarşı edirlər. Buna görə də o təxribatçılara qarşı Ermənistan hakimiyyəti özü tədbir görməlidir. Sözsüz ki, təxribatçılar silahlarını bizə tərəf yönləndirsələr, layiqincə cavablarını alacaqlar".
Qeyd edək ki, Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb. Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Döyüş qardaşlığı" Qazaxın işğalda olan rayonlarının geri qaytarılmasına qarşı çıxan qurumdur. Bu qruplaşma faktiki olaraq muzdluların toplaşdığı terror təşkilatıdır. Bir müddət əvvəl onlar Qazaxın işğaldakı kəndlərinə girmişdilər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar