Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Baxılıb: 778     Tarix: 27-05-2024 11:38   

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Mersin şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən yol qəzası ilə əlaqədar başsağlığı verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
“Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - paylaşımda bildirilir.
Qeyd edək ki, hadisə ötən gün Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda baş verib. Sərnişin avtobusu yoldan çıxaraq 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub. Qəzada 10 nəfər ölüb, 39 nəfər yaralanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar