Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Azad edilmiş ərazilərə 2025-ci ilin köç qrafiki müzakirə edildi - Foto

Baxılıb: 407     Tarix: 30-05-2024 10:45   
 
Azərbaycan işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidentinin xüsusi nümayəndələri, Prezident Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, İşçi Qrupun üzvləri iştirak edib.
İclasda yaşayış məntəqələrində kənd təsərrüfatına yararlı torpaqların planlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2024-cü ilin sonunadək əhalinin köçü nəzərdə tutulan yaşayış məntəqələrində görülən işlərin cari vəziyyəti, 2025-ci ilin köç qrafiki və digər məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

 
Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar