Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

"Avropa İttifaqı Şurası və ABŞ Cənubi Qafqazda yenidən müharibəni alovlandırmağa çalışır" - DEPUTAT

Baxılıb: 276     Tarix: 23-07-2024 10:20   

Xəbər verdiyimiz kimi Avropa İttifaqı Şurası Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım ayırmaq barədə qərar qəbul edib.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, Avropa İttifaqı Şurası Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım ayırması birbaşa regionda vəziyyəti yenidən gərginləşdirməyə yönəlib:
"Avropa İttifaqı Şurası regionda öz maraqlarını təmin etmək üçün hər bir yol əl atmağa hazırdır. Hər kəs yaxşı bilir ki, Avropa İttifaqı Şurası regionda vəziyyəti gərginləşdirmək üçün müharibə yoluna üstünlük verir. ABŞ və Aİ Şurası tərəfindən atılan addımlar və qəbul edilən qərarlar Ermənistan-Azərbaycan arasında münasibətləri yenidən gərginləşdirə bilər".
Deputat vurğulayıb ki, ABŞ ilə Ermənistanın "Eagle Partner 2024" proqramı çərçivəsində birgə hərbi təlimləri təlimlərin əsas məqsədi regional sülhü təhlükə altına qoymaqdır:
"İyulun 24-nə qədər nəzərdə tutulan təlimlər Ermənistan və Azərbaycanı sülh gündəliyindən daha da uzaqlaşdırır. Avropa İttifaqı Şurası və ABŞ Cənubi Qafqazı yenidən müharibəni alovlandırmağa çalışır. İyulun 21-də Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin iriçaplı silahlardan atəşə tutulması da ABŞ-ın və Avropa İttifaqı Şurasının xain planın bir hissəsidir. Ermənistan və havadarları bilməlidir ki, 30 il ərzində ölkəmiz üzərində qurulan xain planlar kimi növbəti oyunları da biabırçı məğlubiyyətə məhkumdur".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar