Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırıldı

Baxılıb: 837     Tarix: 15-08-2024 14:47   

Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Qanunvehedef.az xəbər verir ki, sənədlə nazirliyin vəzifələri sırasına aşağıdakılar əlavə edilib:
- tabeliyində olan qurum vasitəsilə yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək, həmçinin aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək;
- Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarəti təmin etmək;
- yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması baxımından rəy verilməsini təmin etmək;
- avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy verilməsini təmin etmək”

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar