Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Belarus Prezidentinin “Rossiya” telekanalına müsahibəsi

Baxılıb: 806     Tarix: 20-08-2024 12:43   

Belarus Prezidenti Aleksandr Lukaşenko postsovet məkanında tərəfdaşlar arasında birliyin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Qanunvehedef.az xəbər verir ki, Belarus lideri bu barədə “Rossiya” telekanalına müsahibəsində danışıb.
“Rusiyadan nə isə götürmək, qarşılığında heç nə verməmək istəyirlər. Mən MDB ölkələrinin daxili işlər nazirlərini qəbul edəndə bu barədə çox danışdım. Bu, belə davam edə bilməz. Gəlin birlikdə olaq! Elə həmin Rusiyaya müraciət edib dəstək və kömək istəyəcəyiniz vaxt uzaqda deyil. Başqa kömək istəyəcək ölkə yoxdur. Bax, Qazaxıstanda nə isə baş verdi. Kimdən kömək istədilər: Çin, Hindistan, Pakistan yaxındadır... Xeyr, onlar “Putin, Lukaşenko, kömək edin!” dedilər. Yarım gün ərzində təyyarələrimiz artıq Qazaxıstanda yerə endi. Sakitləşdilər”.
Qeyd edək ki, 2022-ci ilin yanvarında Qazaxıstanda iğtişaşlar zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Sülhməramlı Qüvvələri Qazaxıstana göndərilmişdi.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar