Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xankəndidə seçki prosesi: Onlar ilk dəfə...

Baxılıb: 1 033     Tarix: 26-08-2024 15:45   

Xankəndidə seçkiyə hazırlıq prosesi artıq bir həftədir ki, yekunlaşıb.
Qanunvehedef.az xəbər verir ki, bunu Report-a 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsinin sədri İmran Mirzəyev deyib.
O bildirib ki, hər şey çox yüksək səviyyədə hazırlanıb:
"Bütün təchizatlar hazır vəziyyətdədir. Seçki məntəqəmizin üzvləri də tam hazırdırlar, təlimat keçiblər. İnşallah, seçkiləri çox yüksək səviyyədə keçirəcəyik".
Məntəqə sədri qeyd edib ki, artıq bütün seçicilərə bildirişlər paylanılıb.
"Sevindirici haldır ki, ilk dəfə azad Xankəndidə səs verəcək gənclərimiz də var. Onlar ilk dəfə bu seçkidə məntəqəyə gələcəklər. Qürurluyuq, fəxr edirik ki, öz torpağımızda səs verəcəyik", - İ.Mirzəyev vurğulayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar