Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İlham Əliyev İsrailin nazirini qəbul etdi

Baxılıb: 969     Tarix: 22-11-2024 12:32   

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, Miri Reqev İsrail Prezidenti İsxak Hersoqun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib.
Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar