Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi

Baxılıb: 905     Tarix: 07-02-2025 12:17   

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi “İran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir” açıqlaması çalışdığı ölkənin Baş naziri Nikol Paşinyana xəbərdarlıq mesajı daşıyır. Tehran görür ki, Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşmanın yollarını axtarır. İrandakı mühafizəkar qüvvələr isə Paşinyanı durdurmaq üçün səfirlərinə İrəvanda mətbuat konfransı keçirmək təlimatı veriblər.
Qanunvehedef.az Axar.az istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Səfirin “bölgə ölkələri arasında İran yeganə ölkədir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini müdafiə edir” cümləsi isə Rusiyaya mesajdır. Məlumdur ki, Rusiya Zəngəzur dəhlizinin öz nəzarəti altında işə düşməsini istəyir. Tehran bunun da əleyhinədir. Tehran Zəngəzur dəhlizinə etiraz edərkən, dəhlizin İrandan keçməsi layihəsini dəstəkləyir. Bunu İranın Ermənistandakı səfiri də təsdiq edib. Amma erməni jurnalistlərdən heç biri ona sual verməyib ki, Ermənistandan keçən dəhlizin əleyhinə olduğunuz halda, necə olur eyni marşrutla İrandan keçən dəhlizin reallaşmasını dəstəkləyirsiz?” – politoloq bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar