Xəbər lenti
Arxiv
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının Şura Məclisinin sədri ilə görüşüb

Baxılıb: 899     Tarix: 20-02-2025 14:56   

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Bəhreyn Krallığının Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə Azərbaycan paytaxtında 15-ci plenar iclasın uğurla təşkil olunduğu qeyd edilərək, APA çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu təşkilat Asiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verən mühüm bir platformadır. Bu təşkilat üzv ölkələrin qanunverici orqanları arasında əməkdaşlığa və təmasların artmasına da imkan verir. Söhbət zamanı Azərbaycanın sədrliyi dövründə təşkilatın funksional inkişafı, üzvlərinin sıralarının genişləndirilməsi istiqamətində görülən işlər müsbət qiymətləndirilib.
Görüşdə Azərbaycan və Bəhreyn arasında münasibətlərin inkişafından da razılıq ifadə edilərək, xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərə müsbət töhfə verdiyi və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdikləri bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Bəhreyn BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq əlaqələrinə malikdir.
Tərəflər beynəlxalq parlament təşkilatları, o cümlədən, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlıqla bağlı fikirlərini ifadə ediblər. Qeyd olunub ki, Parlament Şəbəkəsi parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevrilməkdədir.
Görüşdə ölkələrimizin parlamentləri arasında münasibətlərə dair də fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Sahibə Qafarova özünün Bəhreyn Krallığına işgüzar səfərini, həmçinin, qarşı tərəflə bundan öncə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, qeyd edib ki, qanunverici orqanlarımız arasında əlaqələri daha da dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Qarşılıqlı səfərlərin və sıx təmasların bu istiqamətdə vacib rol oynaya biləcəyi vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2