Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Bakıda Zəfər parkını ziyarət etdi

Baxılıb: 996     Tarix: 24-02-2025 13:44   

Azərbaycanda dövlət səfərində olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Bakıda Zəfər parkını ziyarət edib.
Qanunvehedef.az xəbər verir ki, Pakistanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.
Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

Qanunvehedef.az
 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar