Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun rəsmi qarşılanma mərasimi oldu

Baxılıb: 1 136     Tarix: 27-02-2025 15:12   

Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun rəsmi qarşılanma mərasimi olub.
Qanunvehedef.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.
Qvineya-Bisau və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar