Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İlham Əliyev Fərman imzaladı

Baxılıb: 1 164     Tarix: 13-03-2025 13:12   

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə” dəyişib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, dövlət başçısının 12 yanvar 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, tabeli agentliklərin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.
Bundan başqa, nazirə dövlət büdcəsindən ayrılmış vəsailə yanaşı büdcədənkənar vəsaitin də təyinatı üzrə xərclənməsini təmin etmək həvalə olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar