Xəbər lenti
13/05/2025 [12:29]
POEZIYA
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Prezidentin qəbulunda - Fotolar

Baxılıb: 553     Tarix: 13-05-2025 11:22   

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, dövlət başçısı Okay Məmişin Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxunub və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirib.
Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığımızın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulanıb.
Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edilib.




Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar