Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Prezident Milli Onkologiya Mərkəzinə 650 min manat ayrıldı

Baxılıb: 935     Tarix: 11-07-2025 12:05   

Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, Sərəncamla Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə 650,0 (altı yüz əlli) min manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar