Xəbər lenti
02/09/2025 [14:09]
Sabah hava necə olacaq?
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Prezident Çindəki görüşləri davam edir - Fotolar - Yenilənib

Baxılıb: 750     Tarix: 02-09-2025 12:27   

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.
Söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
“China National Chemical Engineering” şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd edib.
Sonda Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD” arasında imzalanmış Çərçivə Sazişinin dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə mübadiləsi oldu. Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.







 
Qanunvehedef.azшаблоны для dle 11.2