Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Əliyevlə Paşinyan 4 ayda 4 dəfə görüşüb - Foto

Baxılıb: 786     Tarix: 02-10-2025 12:53   

Son dörd ay ərzində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ardıcıl olaraq hər ay görüş baş tutub.
Qanunvehedef.az xəbər verir ki, bu dövr ərzində liderlər müxtəlif beynəlxalq platformalarda bir araya gələrək, sülh danışıqları və münasibətlərin normallaşdırılması istiqamətində müzakirələr aparıblar.
10 iyulda Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında Əbu-Dabidə görüş baş tutub.
8 avqust tarixində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Oval ofisdə üçtərəfli görüş keçirilib.
1 sentyabrda Azərbaycan və Ermənistan liderləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Çində görüşüblər.
2 oktyabr tarixində isə Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla Danimarkaya səfəri (Avropa Siyasi Birliyinin sammiti) çərçivəsində görüşüb.
Tərəflərin mütəmadi təması regionda uzunmüddətli sabitlik və əməkdaşlıq baxımından mühüm addım kimi qiymətləndirilir.


Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}