Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan XİN-dən COP31-lə bağlı təbrik

Baxılıb: 869     Tarix: 24-11-2025 14:47   

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) ev sahibi, Avstraliyanı isə Danışıqların Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım olunub.
“Biz qardaş Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) ev sahibi, Avstraliyanı isə Danışıqların Prezidenti seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirik. COP29-un Prezidenti olaraq, Azərbaycan bu vacib missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün səylərini əsirgəməyəcək. Biz hər iki ölkəyə uğurlar arzu edirik və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcək”, - paylaşımda bildirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar