Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ceyhun Bayramov: Azərbaycan bu görüşə ev sahibliyi etməyə hazırdır

Baxılıb: 8721     Tarix: 08-12-2025 14:46   

Biz hesab edirik ki, Ermənistan tərəfinin Azərbaycanın 2024-cü ildə səsləndirdiyi təklifi qəbul etməməsi üçün heç bir əsas yoxdur. Bizim təklifimiz qüvvədədir.

Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.

“Zamanında 3+3 formatı yarananda bu təşəbbüsün Azərbaycan Prezidenti tərəfindən irəli sürüldüyü bildirilib və bu çərçivədə 3 dəfə görüş keçirilib. 2024-cü ilin oktyabrında keçirilən görüş zamanı növbəti görüşün Azərbaycanın ev sahibliyində təşkili təklif edilib və daha sonra Ermənistanın da qəbul edəcəyi halda orada keçirilməsinə razılıq veriləcəyi qeyd olunub. Lakin təəssüf ki, belə bir razılıq əldə olunmadı və Ermənistan tərəfi buna razı olmadı. Hazırda isə fərqli mühit mövcuddur. Artıq başqa kanallar vasitəsilə bu görüşlərin təşkili müzakirə olunur”, - deyə o bildirib.

O qeyd edib ki, biz bu görüşə ev sahibliyi etməyə hazırıq.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar