Xəbər lenti
06/01/2026 [12:54]
Qəzetlər də bahalaşdı
Arxiv
«    Январь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunları...

Baxılıb: 928     Tarix: 05-01-2026 12:48   

İkitərəfli təhlükəsizlik ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarından biridir.

Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"ABŞ-ın Bakıdakı səfirliyi yanvarın 4-də Oklahoma ştatından senator Markveyn Mallinin rəhbərlik etdiyi ikipartiyalı Konqres nümayəndə heyətini Azərbaycanda qəbul edib. Senator Mallini Missuri ştatından nümayəndə Ceyson Smit, Texas ştatından nümayəndə Ronni Cekson və Kaliforniya ştatından nümayəndə Cimmi Panetta müşayiət edib.

Nümayəndə heyəti Prezident Trampın 8 avqust tarixində Ağ Evdə keçirilmiş tarixi Sammitindən sonra regionda davamlı sülhün təmin edilməsi, eləcə də ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək üçün Prezident Əliyev ilə görüşüb.

Nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanını ziyarət edib və təhlükəsizlik və müdafiə məsələlərini müzakirə etmək üçün müdafiə naziri Zakir Həsənovla ayrıca görüş keçirib.

Görüşlər zamanı ikitərəfli təhlükəsizlik əməkdaşlığımızın əsas sütunlarından biri olan Oklahoma Milli Qvardiyası ilə Azərbaycan arasında uzunmüddətli tərəfdaşlıq proqramı da xüsusi vurğulanıb", - məlumatda qeyd edilib.



Qanunvehedef.az





{sape_links}{sape_article}