Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

İlham Əliyevin məşhur şirkətin direktoru ilə səmimi dialoqunun - Videosu

Baxılıb: 938     Tarix: 21-01-2026 14:45   

Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən gün Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib.

Qanunvehedef.az xəbər verir ki, tədbirdə dövlət başçısına sual ünvanlayan ABŞ-nin aktivlərin idarə edilməsi üzrə “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Consonla İlham Əliyev arasında maraqlı dialoq yaşanıb.

Belə ki, şirkət direktoru dövlət başçısına xizək sürməyini xatırladaraq Azərbaycanda xizək sürdüyünü və ölkəmizdə ən müasir qurğuların olduğunu diqqətə çatdırıb: “Cənab Prezident, sizə bir qədər əyləncəli sualım var. Bildiyimə görə, siz xizək sürürsünüz. Azərbaycanda xizək sürmək mənə də nəsib oldu. Təbrik edirəm, orada ən müasir qurğularınız var. Bildiyimə görə, martda Dünya çempionatı keçirəcəksiniz. Bir qədər bu barədə danışa bilərsinizmi?”

Prezident İlham Əliyev isə bildirib: “Mənim xizəkçi olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir. Çünki Cenni həqiqi çempiondur. Çox şadam ki, o, Azərbaycanda xizək sürməkdən zövq alıb. Tədbir başlamazdan əvvəl biz söhbət etdik və mən söylədim ki, bu il Şahdağda Dünya çempionatı keçiriləcək”.

Qeyd edək ki, bu il yanvarın əvvəlində Prezident İlham Əliyevin nəvələri ilə birlikdə Şahdağda xizək sürməsini əks etdirən görüntülər də yayılmışdı.

Sözügedən dialoqun videosunu təqdim edirik:

Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar