Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İlham Əliyev Muhsin Şentürkü qəbul etdi - Fotolar

Baxılıb: 8216     Tarix: 07-04-2026 14:37   

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.

Qanunvehedef.az xəbər verir ki, Türkiyə Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlət başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.

Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edilib.

Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirilib, bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunulub, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.











{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar