Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İlham Əliyev Peter Zakseni qəbul etdi

Baxılıb: 1035     Tarix: 16-07-2026 11:46   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.

Qanunvehedef.az  xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlandı.

Qonaqlar ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedilər.

“John Deere” şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko ölkəmizlə əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirdi.

Görüş əsnasında ölkəmizdə kənd təsərrüfatının geniş potensialının olduğu vurğulandı, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu və bu xüsusda qəbul olunmuş yeni Dövlət Proqramının əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanla “John Deere” şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Qeyd edək ki, “John Deere” 1837-ci ildə ABŞ-də yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan “John Deere”nin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.

Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar