Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Elman Rüstəmovun "Premium Bank"la şübhəli işbirliyi haqda ŞOK MƏLUMATLAR: İŞ MƏHKƏMƏDƏDİR

Baxılıb: 441     Tarix: 01-02-2024 11:27   

Bu gün Mərkəzi Bankın sədri deyib ki, "Premium Bank"ın gəliri az olan vətəndaşa 2,5 mln manat məbləğində istehlak krediti verməsində problem görmür. Əslində, orada bir yox, bir neçə böyük problem var. Sadəcə məsələ Elman Rüstəmovun (iddia var ki, həmin pulu elə o mənimsəyib) dövrünə təsadüf etdiyi üçün yəqin ki, Taleh Kazımovda bununla bağlı tam məlumat yoxdur (məsələn, deyir ki, həmin kredit 2018-ci ildə verilib, halbuki 2013-cü ildə verilib və s.).
AFN.az xəbər verir ki, bunu hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov yazıb. O, məsələnin detalları ilə bağlı ətraflı məlumat verib: "Deməli, 2010-cu ildə Nizami Kərimov adlı vətəndaş tikilən binada "Aqana Servis" şirkətindən qeyri-yaşayış sahəsi alıb (hazırda həmin sahə "Metropol" restoranı kimi fəaliyyət göstərir). Şirkətin sahibi Azad Nağıyev həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə "Premium Bank" vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2,5 mln manat məbləğində kredit götürüb. Əslində, iddia edir ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyib.
Hər bir halda ortada olan odur ki, "Premium Bank" Mərkəzi Bankdan 5,25%-lə 2,5 mln manat kredit götürüb və dərhal da onu 6,25%-lə normal rəsmi gəliri olmayan Nağıyevə verib (Kərimova məxsus restoranı qanunsuz girov qoymaqla). Kreditin təyinatı kimi "maliyyə ehtiyaclarının qarışılanması" göstərilib. Yəni əslində kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən "təyinat" amorfdur. Kredit müddəti ərzində də Nağıyev yalnız faizləri ödəməli imiş, əsas borcu isə sonda. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7%-ə, "Premium Bank" isə 4,7%-ə endirərək müddəti uzadıblar.
Lakin sonradan restoranın mülkiyyətçisi Kərimov məsələdən hali olub və məhkəməyə müraciət edərək əmlakı qanunsuz mənimsəmiş şəxsin adından çıxartdırıb. Bununla belə, "Premium Bank"ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb. Onlar deyir ki, guya vicdanlıdırlar və əmlakın Kərimova məxsus olmasını bilmirdilər. Hazırda bununla bağlı Yasamal rayon məhkəməsində proses gedir: "Premium Bank" və Mərkəzi Bank qanunsuz verdikləri kreditin müqabilində Kərimovun əmlakını əlindən almaq istəyirlər. Yeri gəlmişkən, Elman Rüstəmov da Mərkəzi Bankın sədri olduğu son dövrdə şəriki Nağıyevin azadlıqdan məhrum olunmasına nail olub. İndi də hər şeyi Nağıyevin üstünə atırlar. Nağıyev isə məhkəmədə iştirak imkanından belə məhrumdur.
İndi isə qayıdaq bu kreditin niyə qanunsuz olması məsələsinə. Kredit veriləndə Mərkəzi Bankın təsdiqlədiyi "Banklarda kreditlərin verilməsi Qaydaları" qüvvədə idi. Həmin Qaydaların 3-cü bəndinə əsasən "Premium Bank" kreditin məqsədi və ödənişlərin mənbəyini müəyyən etməli, 4.1.8-ci bəndə görə Nağıyev gəlirlərini təsdiqləyən sənəd təqdim etməli, bank da müştərini daim monitorinq etməli idi. Bütün bunlar üzrə sənədlər də bankın tərtib etməli olduğu kredit dosyesində saxlanılmalı idi. Məhkəmə prosesi əsnasında bank qəti olaraq kredit dosyesini təqdim etməkdən imtina edir. Niyə? Çünki qorxur. Qanunsuz, qeyri-sağlam kredit verdiyini bilir. Kreditin məqsədi yoxdur, borcalanın gəliri haqda sənəd yoxdur, monitorinq aparılmayıb və s. və i.a.
Bəlkə kimsə deyəcək ki, nə olsun, gəliri yoxdur, amma o boyda girovu var (başqasına mənsub olaraq qanunsuz girov qoyulsa da). Xeyr, bu arqument yanlışdır! Qaydaların 4.1.7-ci bəndində deyilir: "Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır."
Beləliklə, Mərkəzi Bank və "Premium Bank" qanunsuz, qeyri-sağlam kredit veriblər. Əmlakın da başqa şəxsə mənsub olduğunu biliblər. Buna görə də Mərkəzi Bankın indiki rəhbərliyi belə krediti problem saymaya bilməz. Əks halda, Elman Rüstəmovdan miras qalan bank sistemimizdə "Muğan Bank" kimi fəlakətli müflisləşmələr hələ çox olacaq. Belə banklara qarşı tədbir görülməlidir!"
Qeyd edək ki, həmin üzrə işə 13 fevral saat 12.00-da Yasamal rayon məhkəməsində proses keçiriləcək. Hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə bu kredit üzrə işə baxılacaq.
Ə.Həsənov qeyd edib ki, əslində, Elman Rüstəmovun bu cür biznes şəriklikləri və verdiyi qanunsuz kreditlər çoxdur: "Onlar haqda tədricən yazacam. Dilənçi kimi ondan kredit istəyənə özünü şərik kimi sırıyırdı. Nəticədə çoxsaylı zərərçəkənlər var. Onlara müraciət edirəm. Çəkinməyin! Birləşin! Rüstəmovun iç üzünü açın! Haqqınızı tələb edin! Bununla həm özünüzə, həm cəmiyyətimizə, həm də Mərkəzi Bankın indiki rəhbərliyinə kömək etmiş olacaqsınız!"

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar