Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qərbi Azərbaycan İcması Emmanuel Makrona cavab verib: Ermənidən çox ermənilik edir

Baxılıb: 367     Tarix: 22-02-2024 10:35   

Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makronun bu haqda danışması ermənidən çox ermənilik etməkdir və gülüş doğurur.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir.
"Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan fevralın 21-də Fransaya işgüzar səfər edib. O, E.Makronla görüşüb. Fransa rəhbəri birgə mətbuat konfransında Azərbaycana qarşı və Ermənistanı birtərəfli qaydada müdafiə edən iddialar səsləndirib. E.Makron iddia edib ki, guya Qarabağ erməniləri bölgəni məcburi tərk edib. Hansı ki, onlar Ermənistana könüllü şəkildə gediblər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar