Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Aqil Abbas: "Qurban Qurbanova məsləhət vermək ayıb olar"

Baxılıb: 797     Tarix: 22-02-2024 12:50   

Bu gün "Qarabağ" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
BAKU.WS-in məlumatına görə, Azərbaycan çempionu Portuqaliya klubu "Braqa" ilə qarşılaşacaq.
İlk oyunda 4:2 hesablı qələbə qazanan təmsilçimizin növbəti mərhələyə keçmək şansları yüksək qiymətləndirilir. Axşamçı matçın hansı hesab və nəticə ilə yekunlaşacağı barədə millət vəkili Aqil Abbasdan təxminlərini soruşduq. Deputat BAKU.WS-ə bildirdi ki, Ağdam təmsilçisindən qələbə gözləyir:
"Mən Qurban Qurbanova nə məsləhət verə bilərəm axı? O, Azərbaycanın tanınmış məşqçisidir. Qurban Qurbanov özü bilir ki, necə oynamaq lazımdır. O, komandasını yaxşı tanıyır. Klublar arasında bir qarşılaşma olub və səfərdə qalib gəlmişik. "Qarabağ" öz sistemi ilə oynayıb qələbə qazanacaq. Qurban Qurbanova məsləhət vermək ayıb olar.
Təxminlərim budur ki, bugünkü qarşılaşmada "Qarabağ" 3:1 hesabı ilə qələbə qazanacaq".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar