Şəhid və qazi ailələrinə aviabiletlər PULSUZ OLACAQ? - AÇIQLAMA
Baxılıb: 612 Tarix: 22-02-2024 13:51
Bildirdiyimiz kimi, qarşıdan gələn Novruz bayramı və tətil ilə əlaqədar vətəndaşlar ya rayonlarda, ya da ölkə xaricinə səyahətə çıxır. Xüsusilə ölkə xaricinə səyahət edən insanlar aviabilet almaq üçün külli-miqdarda pul ödəyir. Bəs Azərbaycanda şəhid və qazi ailələrinə aviabiletlər və vizalar pulsuz ola bilər?
Məsələ ilə bağlı turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Sonxeber.az- açıqlamasında bildirib ki, vizanı verən tərəf xarici ölkə səfirlikləridir. Hər hansı bir şəhid və qazi ailəsi xaricə gedərsə burada bir sıra məqamlar olur:
"Əgər sözügedən kateqoriyaya mənsub şəxslərin xarici ölkələrə xüsusi bir təyinatlı və dövlət əhəmiyyətli deyilsə, onlar istirahətə gedirsə yaxud başqa məqsədlərlə ölkəni tərk edirsə, ödənişlərini ödəməlidir. Çünki bu tamamilə xarici ölkə səfirliklərinin əlində olan bir məsələdir. Amma dövlət əhəmiyyətli layihələr keçirilirsə və şəhid yaxud qazi ailələri gedirsə onların ödənişləri dövlət tərəfində qarşılanır. Ö cümlədən aviabiletlərə belə olan güzəştlər təyinatdan asılıdır. Ümumi olaraq bu kimi şeylərdə onların ailələrinə dövlət tərəfindən müəyyən diqqət göstərilir və güzəştlər tətbiq olunur".
Ekspertlərin sözlərinə görə, aviabiletlərin alınması və viza məsələlərinin həll olunmasında hər hansı bir güzəşti tətbiq edilməsi nəzərdə tutulmur:
"Düşünürəm ki, bu daha çox kommersiya məsələlərinə daha yaxın bir məsələdir. Eyni zamanda, dövlət qayğısına ehtiyacı olan şəxslərin və ailələrin müalicə və göndərişlərində tamamilə ödəniş olmadan işlər görülə bilər. Amma ümumi olaraq belə bir qayda xarici ölkələrdə belə tətbiq olunmayıb. Xarici səfərlər və həmin ölkələrdə istirahətlər bu siyahıya deyil. Hətta keçən illərdə belə dövlət şəhid və qazi ailələrini Azərbaycanın müxtəlif regionlarında istirahətin təmini ilə bağlı müəyyən addımlar atıb və layihələr keçirib. Onların müxtəlif sanatoriyalarda və otellərdə tamamilə pulsuz olaraq qalmasını təşkil etmişdi".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər