Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qarabağ Universitetində işləmək üçün bu şəxslərə üstünlük veriləcək - Video

Baxılıb: 542     Tarix: 14-03-2024 10:25   

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində işləmək istəyənlər üçün yaxın günlərdə də yeni vakansiyalar elan olunacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Xəzər Televiziyası süjet hazırlayıb.
Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib ki, yalnız vakansiya tələblərinə uyğun gələn və lazımi bütün sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.
Ü. Səttarova universitetdə işləmək istəyənlərin hansı kriteriyalara cavab verməli olduğunu da açıqlayıb.
Qeyd edək ki, Qarabağ Universitetinə bir neçə gün əvvəl proqram rəhbəri vakansiyası üzrə elan verilib. İndiyə kimi təxminən 1250 nəfər müraciət edib. Lakin bu vakansiya üzrə 5-6 nəfərin işə qəbulu nəzərdə tutulub. Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu martın 15-dək davam edəcək. Ötən gün isə mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.
Daha ətraflı videoda:



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar