Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

DTX 175 milyon manatdan çox pulu büdcə nəfinə ödətdirib

Baxılıb: 654     Tarix: 28-03-2024 11:34   

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ümumilikdə 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıb, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə DTX rəisi general-polkovnik Əli Nağıyevin “Respublika” qəzetində dərc olunan məqaləsində qeyd edilib.
“DTX-da icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin olunub” , - deyə Əli Nağıyev vurğulayıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}