Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Azərbaycanda belə hadisə olsa, necə olacaq?" - Deputat

Baxılıb: 725     Tarix: 29-03-2024 12:46   

Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edilib.
“Report” xəbər verir ki, bu təkliflə deputat Qüdrət Həsənquliyev qanunverici orqanın bu gün keçirilən toplantısında çıxış edib.
Onun sözlərinə görə, Rusiyada törədilən terror aktından sonra ölkədə təhlükəsizliyin hansı səviyyədə olduğu və hansı işlər görüldüyü barədə deputatlara bir məlumat verilməlidir: “Allah eləməsin, bizdə belə hadisə baş verərsə, bizim hansı gücümüz var?”.
Deputat bundan başqa, ekstrimal hallara hazırlıq üçün təcili tibbi yardım vertolyotlarının alınmasını təklif edib. O bildirib ki, Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına daşıyırdılar, oradan isə təcili tibbi yardım maşını ilə xəstəxanalara aparırdılar: “Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra bu barədə düşündüm. Azərbaycanda belə hadisə olsa, necə olacaq? Bakıda sıxlıq çoxdur. Yaralıları vertolyotla təcili tibbi yardım maşını ilə daşımaq olacaqmı?”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar