5 apreldən sonrası sərhəddə kiçik miqyaslı toqquşmaların baş verməsi realdır! - AÇIQLAMA
Baxılıb: 812 Tarix: 04-04-2024 12:40
Bildirdiyimiz kimi, 5 apreldə Brüsseldə Aİ-Ermənistan-ABŞ Arasında müştərək konfransı olacaq. Dövlət başçısının qənaətinə görə, Azərbaycanın haqlı iradlarına baxmayaraq ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq. Bəs 5 apreldən sonra hansı hadisələr baş verəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turan Rzayev deyib ki, prezident İlham Əliyevin Antoni Blinken ilə danışığı zamanı maraqlı bir ifadəsi oldu. Cənab prezident qeyd etdi ki, Azərbaycan Ermənistan ilə sülh prosesinə sadiqdir:
"Ümumiyyətlə regionda Azərbaycanın gərginlik yaratmaq və Ermənistana təxribatlara başlamaq kimi niyyəti yoxdur. Bunu açıq şəkildə bildirdi. Cənab prezident Ermənistanın silahlandırılmaması və regionda artırılmasını qəbuledilməz olduğunu bildirib. Buradan verilən mesaj bəllidir. Azərbaycan regionda gərginlik istəmir. Amma təxribatlara səssiz qalmayacaq və cavablar mütləq şəkildə verəcəkdir. Azərbaycanın məsləyə baxış bucağı aydındır. Biz Brüsseldə keçirilən görüşü heç bir halda qəbul etmirik. Bu görüşün regionda gərginliyi artıracağına, habelə sülh prosesinə zərər vuracağını dair düşüncəmiz var və davam edir. Azərbaycanın mövqeyindən asılı olmayaraq qərb tərəfi mövqeyini bildirdi. Blinkenin zənginin səbəbi məhz bu idi. Bizə izah etməyə çalışılır ki, Ermənistanın silahlanması ilə bağlı deyil, əsasən iqtisadi bir məsələdir. Aydındır ki, burada əsas məqsədin pərdələnməsinə hesablanıb. Regionda Ermənistanın müdafiəsinə dair pakt qurulmağa çalışılır və regiona kənar qüvvələrin gətirilməsinə çalışırlar. Təbii ki, bu məsələ Azərbaycanı narahat edir. Brüssel sonrası mümkündür ki, təxribatlar baş versin. Bu təxribatlar fonunda kiçik miqyaslı toqquşmaların olması da realdır. Amma bu Azərbaycan tərəfindən olmayacaq. Qarşı tərəfin atacağı addımlara cavab olacaq. Regionda sabitliyi Ermənistan pozmasa və gərginliyi artırmasa Azərbaycan hər hansı bir xüsusi addım atmayacaq. Amma bunlar baş verərsə Azərbaycan lazımi tədbirlər görüləcək və cavab zərbələri endirə bilər".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər