Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

"Ermənistan cəbhədə təxribatlarını davam edərsə müharibənin yenidən başlaması istisna deyil" - DEPUTAT

Baxılıb: 681     Tarix: 08-04-2024 12:57   

"Brüssel görüşündən sonra Ermənistan silahlı qüvvələrinin Naxçıvan və Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələrini atəşə tutması gözlənilən idi".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan qısamüddətli görüşdən sonra cəbhədə atəşkəsin pozulması halları artıb. Xüsusilə də Aİ və ABŞ-ın Ermənistana ayırdığı maliyyə yardımının məqsədyönlü şəkildə regionda gərginlik yaratmağa xidmət etdiyini sübut edir. Bu gün bəzi təşkilatlar və ölkələr humanitar yardım adı altında açıq-aşkar Ermənistanı silahlandırmağa çalışır. Məqsəd Cənubi Qafqazda mövcud sabitliyi pozmaq və iki ölkə arasında gərginliyi artırmaqdır".
Deputat vurğulayıb ki, Azərbaycan torpaqlarını işğaldan azad edərək təkcə münaqişəyə son qoymadı, həm də Cənubi Qafqazda yeni status-kvonun yaranmasının əsas müəlliflərindən biri oldu:
"Bu gün regionda yeni reallıq yaranıb. 30 il ərzində torpaqların sülh yolu ilə qaytarılmasını gözləyən Azərbaycan BMT-nin 4 qətnaməsini özü icra etməyə məcbur qaldı. 30 il ərzində işğala göz yuman qüvvələrin birdən-birə Ermənistana humanitar yardım ayırması inandırıcı deyil. Məqsəd Ermənistana 44 günlük Vətən müharibəsində iturdiklərini geri qaytarmaqdır. Hər zaman olduğu kimi Ermənistanın və havadarlarının bu planı da baş tutmayacaq. Ermənistan Azərbaycanın regionda yaratdığı yeni reallıqla barışmalı və bizim şərtlərimizlə hazırlanan sülh müqaviləsini imzalamalıdır. Əks təqdirdə Ermənistan cəbhədə təxribatlarını davam edərsə yenidən müharibənin başlaması istisna deyil".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar