Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Azərişiq” Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir - Video

Baxılıb: 568     Tarix: 15-04-2024 10:55   

“Azərişıq” ASC işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun bütün ərazilərində yenidənqurma işlərini davam etdirir. O cümlədən, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları ərazisində hazırda bir neçə istiqamətdə işlər fasiləsiz olaraq aparılır. 
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsindən Bartaz yüksəkliyi istiqamətində 35 kV-luq izolyasiyalı xəttin çəkilişinə start verilib.
Qubadlı rayonu ərazisində də bir neçə istiqamətdə yenidənqurma işləri davam edir. 110/35/10 kV-luq Qubadlı yarımstansiyasından çıxan Fərcan xəttinin yeni dayaqları basdırılır.
Sarılı Xəştab kəndi istiqamətində də yeni 35 kV-luq xəttin metal dayaqlarının basdırılması işləri davam etdirilir. Həmçinin, Uzumculuk deyilən ərazi və Güləbirt istiqamətlərində də işlər aparılır.
İki dövrəli Cəbrayıl-Horovlu 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən kabel hava xəttinin layihə üzrə nəzərdə tutulan dayaqlarının əksəriyyəti əkilib, işlər davam edir. Həmçinin, yenidənqurma işləri çərçivəsində iki dövrəli 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən Şükürbəyli xəttinin davamı olaraq Xudafərin xəttinin dayaqlarının basdırılması işləri aparılır.  



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar