Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanda bu şəxslərə EV VERİLƏCƏK - VİDEO

Baxılıb: 500     Tarix: 23-04-2024 10:06   

Həssas əhali qrupundan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün işlər aparılır. Təkcə son 3 ildə 500-dən artıq görmə məhdudiyyətli şəxslər dövlət tərəfindən evlə təmin edilib.
Qanunvehedef.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin sosial əmlak departamentinin baş direktoru Adil Əkbərov "Apa TV"yə açıqlama verib.
"Bakı şəhəri Nərimanov rayonu ərazisində gözdən əlil olan şəxslərimiz üçün 132 mənzilli bina tikilərək onların istifadəsinə verilmişdir. Qeyd etmək istəyirik ki, gözdən əlilliyi olan şəxslərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı son illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda mənzil-məişət şəraitinin yaxşılaşdırılması qismində növbəyə götürülən gözdən əlillərimizin mənzil təminatı ilə bağlı xüsusi işlər görülür. Qeyd etmək istəyirik ki, bu sərəncam çərçivəsində hal-hazırkı dövrə qədər 500-dən artıq gözdən əlilliyi olan şəxsimiz mənzillərlə təmin olunmuşdur".
Ətraflı "Apa TV"nin süjetində:



Qanunvehedef.az



{sape_links}{sape_article}