Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Ermənistandan kompensasiya tələb edəcək? - AÇIQLAMA

Baxılıb: 554     Tarix: 30-04-2024 12:52   

Bu gün işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri davam etdirilir. Qarabağda quruculuq işləri tamamlanan ərazilərə artıq sakinlərin köçürülməsi davam etdirilir. Lakin buna baxmayaraq, Qarabağı yenidən bərpa etmək. yaşayışı təmin etmək üçün uzun müddət və maliyyə vəsaiti lazımdır. Bu baxımdan Azərbaycan Qarabağda kütləvi qırğınlar törətmiş, regiona maddi və mənəvi ziyan vurmuş Ermənistandan kompensasiya tələb edəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Müharibələrdə səbəbkar və işğalçı dövlət məğlub olduqdan sonra kompensasiya ödəyir:
"Bu birinci dünya müharibəsindən sonra olub. Almaniya Birinci və İkinci dünya müharibəsi illərində dəfələrlə kompensasiya ödəyib. Bunlar əlbəttə ki, tarixdə olan hadisələrdir. Azərbaycanın kompensasiya tələb etmək haqqı var. Onlar torpaqlarımızı işğal etdi və kütləvi qətilam törətdi. Nə qədər insanlarımız öldü və şəhər-qəsəbələrimizi dağıtdılar. Biz indi məcburuq ki, işğaldan azad etdiyimiz şəhər və rayonlarımızı yenidən quraq. Buna hər il milyard dollar vəsait büdcədən ayrılır. Əlbəttə kompensasiya tələbimiz gündəmdə qalır. Hələ ki, biz daha çox sərhəd məsələlərin həlli və dəhlizin açılması, o cümlədən sülh sazişinin imzalanması ilə məşğuluq. Amma kompensasiya tələb edilməsidə arxa plana keçməməlidir".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar