Bu şəxslər işə düzələrkən dövlətdən 4712 AZN ala bilər - RƏSMİ
Baxılıb: 586 Tarix: 03-05-2024 14:21
Azərbaycanda yeni tətbiq edilən birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir.
BAKU.WS xəbər verir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər ilk dəfə işə düzələn zaman birdəfəlik 4712 manat müavinət ala bilər.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət almaq üçün müraciət edilmə qaydası:
Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Tələb olunan sənədlərin siyahısı
Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti,
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı"na uyğun olaraq, işləyən şəxslərə münasibətdə əmək kitabçasının surəti Valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı,
Hər iki valideynin məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının arayışı. yaxud Valideynlik hüququndan məhrumetmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yaxud Valideynlərin xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan hesab edilməsi, ölmüş elan edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi,
Valideynlərin cəza çəkməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı,
Uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi,
Valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər