Xəbər lenti
18/09/2024 [11:59]
Ölkəmizə payız gəlir
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Zəngəzurda sensasion olaylar: ruslar çıxdı, ardınca isə… – Gözlənilməz addım

Baxılıb: 241     Tarix: 13-05-2024 11:33   

Ermənistanın Sünik (Zəngəzur – red.) vilayətində son günlər cərəyan edən sensasion proseslər mühüm önəm kəsb edir. Rusiya sərhədçilərinin razılaşmaya əsasən Zəngəzurdakı postlardan çıxması fonunda Ermənistanın sözügedən istiqamətdə yeni gömrük məntəqəsi inşa etməsi xəbəri dəhliz məsələsində yeni gəlişmələrin anonsu kimi qəbul edilir.
Son prosesləri nəzərə alanda Zəngəzur dəhlizi məsələsində hansısa irəliləyişə nail olunacağı gözlənilirmi?
Politoloq Ramiz Alıyev Globalinfo.az-a bildirib ki, 10 noyabr bəyanatına əsasən, rəsmi İrəvan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqənin qurulmasına şərait yaratmalıdır:
"Doğrudur, bəyanatda "Zəngəzur dəhlizi" ifadəsi işlənməyib, amma maneəsiz əlaqənin yaradılması ilə bağlı nüans qeyd edilib. Ermənistan sənədə imza ­atmaqla bu öhdəliyi üzərinə götürüb. Rəsmi İrəvan hər zamankı kimi həmin öhdəliyə əməl etməkdən boyun qaçırır, Azərbaycan isə bütün öhdəliklərini vaxtında və qüsursuz formada həyata keçirib".
Politoloqun fikrincə, Zəngəzur dəhlizinə Rusiya sülhməramlılarının nəzarəti olmayacaqsa, yeni razılıq əldə oluna, sənəd imzalana bilər:
"Azərbaycan və Ermənistan öz maraqlarına uyğun ortaq razılığa gələ bilərlər. Həmin yolun təhlükəsizliyinin təmin edilməsi zəruridir. Bunu Türkiyə, BMT, Rusiya və s. sülhməramlılar icra edə bilər. Lakin Ermənistanda fəaliyyət göstərən Aİ missiyası dəhlizin qorunmasında iştirak edə bilməz, çünki tərəfdir".
Ramiz Alıyevin sözlərinə görə, İrəvan 10 noyabr bəyanatında xüsusi rolu olan Rusiyaya təşəkkür etməlidir:
"Əgər 2020-ci ilin 10 noyabr gecəsi rəsmi Moskva Azərbaycandan müharibəni dayandırmağı xahiş etməsəydi, o zaman savaş daha başqa məcrada irəliləyəcəkdi. Doğrudur, burada İrəvanın rəsmi Bakının qoyduğu şərtlərlə razılaşıb kapitulyasiyaya imza atması da rol oynadı. Ümumilikdə bəyanat Kremlin vasitəçiliyi ilə imzalandı. Ona görə də Ermənistan Rusiya sülhməramlılarının Zəngəzur dəhlizinə nəzarətini dəstəkləməlidir. Yox, əgər yeni təklif varsa, Azərbaycanla razılaşdırılmalıdır".
Politoloq Samir Hümbətov isə deyib ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, çünki bununla sanksiyalardan yayınmaq və dünyaya çıxışını Cənubi Qafqaz üzərindən reallaşdırmaq istəyir:
"Rəsmi İrəvana Qərbdən gələn təyziqin arxasında duran əsas səbəb Zəngəzur dəhlizi üzərində Rusiyanın nəzarətinə imkan verməməkdir. Məlum məsələdir ki, sözügedən yol açılarsa, Moskva geostrateji əhəmiyyəti böyük prosesdə Avropa ilə rəqabətə ciddi yanaşacaq.
Ermənistan və Rusiya arasındakı gərginlik Zəngəzur dəhlizindən daha çox, İrəvanın fəaliyyətindən qaynaqlanır. Görünür, ikitərəfli münasibətləri gələcəkdə daha ağrılı günlər gözləyir".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar