Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Baxılıb: 472     Tarix: 13-05-2024 12:54   

Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.
"Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub.
Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.
Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib.
Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. O, eyni zamanda Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini də icra edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar