Bəzi ərazilərə qar yağır
Baxılıb: 784 Tarix: 17-05-2024 12:46
Mayın 17-si saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Şahdağ, Qrız, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb.
Bu barədə Qanunvehedef.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Oğuzda 38 mm, Qəbələdə 36 mm, Şəkidə 28 mm, Qaxda 25 mm, Zaqatalada 24 mm, Balakəndə 20 mm, Yevlaxda 17 mm, Lənkəranda 16 mm, Tərtər, Astarada 14 mm, Şahbuzda 12 mm, Göygöldə 11 mm, Ağdamda 10 mm, Naxçıvanda 9 mm, Mingəçevir, Cəfərxan, Biləsuvarda 8 mm, Yardımlı, Şərur, Ağstafa, Beyləqan, Lerik, Sabirabad, Qusar, Naftalan, Tovuz, Culfa, İmişli, Neftçala, Gəncə, Göyçay, Zərdab, Şəmkir, Ceyrançöl, Ordubad, Qobustan, Altıağac, Quba, Bərdə, Daşkəsən, Kürdəmir, Şirvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.
Mayın 16-da saat 14:00 radələrində Gədəbəy rayonuna xırda dənəli dolu düşüb.
Daşkəsən, Naftalan, Şəmkir, Göygöl, Gəncə, Balakən, Şamaxı, Qusar, Şahdağ, Qrız, Göyçay, Qax, Şəki, Lerikdə duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Sədərəkdə 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Gəncə, Tərtərdə 16 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.
***
Mayın 17-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Naxçıvan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Laza (Qusar), Şahdağ, Qrız, Xınalıqda isə qar yağır.
Mayın 16-da yağan intensiv yağışlar nəticəsində Qabırrı-Kəsəmən (Samux) çayından qısamüddətli sel keçmişdir.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s, Naftalanda 17 m/s-yə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 14, Aran rayonlarında 15, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.
Qanunvehedef.az-
Ən çox oxunanlar
Son xəbərlər