Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda polislərin geyim forması DƏYİŞİR? - AÇIQLAMA

Baxılıb: 770     Tarix: 30-05-2024 12:48   

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun səhra geyim forması dəyişib. Yeni tətbiq olunan forma Quru Qoşunları, Hərbi Hava Qüvvələrinə şamil edilib. Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər. Belə olan halda, polislərin formasının dəyişilməsi gözlənilir?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, Azərbaycan polisinin xidməti forması yaxın illərdə dəyişilib:
"Mən düşünürəm ki, yay yaxud qış geyim forması kifayət qədər müasir dövrün tələblərinə cavab verir və keyfiyyət incəliyinə qədər düşünülüb. Dövlət Yol Polisi əməkdaşlarının, əməliyyat və digər sıravi- zabit heyətinin formalarına cəmiyyət öyrəşib. Bu məsələ bir az vəsait ilə bağlı olduğundan indiki məqamda belə bir addımın atılması gözlənilmir".
Şəmsəddin Əliyevin sözlərinə görə, indiki vaxtda əsas prioritet məsələ Qarabağın bərpası istiqamətindədir:
"Böyük Qayıdış proqramının 1-ci mərhələsinin 2026-cı ilə qədər davam etməsi, 2-ci mərhələnin başlanması bu məsələni bir qədər yubadacaq. Mən ehtimal etmirəm ki, Azərbaycanda polis əməkdaşlarının geyim forması müəyyən mənada dəyişiləcək. Ordunun və digər xidməti geyim formasını daşıyan güc strukturlarında dəyişiklik edilsə belə, polislər ilə bağlı belə addım atılmayacaq. Polisin şəxsi heyəti çoxdur və kifayət qədər vəsaitə ehtiyac var. Eyni zamanda hesab edirəm ki, belə bir addım atmağa ehtiyac da yoxdur".
 
Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking