Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bəzi ərazilərdə qaz olmayacaq

Baxılıb: 285     Tarix: 10-06-2024 11:28   

Bu gün Quba rayonu, Sumqayıt şəhəri və Bakının Xəzər, Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi ((İB) məlumat yayıb.
Bildirilib ki, “Quba” Qaz paylayıcı stansiyasından (QPS) qidalanan Quba rayonunun Dağlı və Nügədi kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri, həmçinin Sumqayıt şəhəri, Xəzər və Qaradağ rayonlarında qaz xətlərində görüləcək təmir-bərpa işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan zaman Quba rayonunun (37 kənd), Xəzər rayonun (Türkan kəndi, Türkan qəsəbəsi), Qaradağ rayonunun (Puta qəsəbəsi) və Sumqayıt şəhərinin (Stansiya Sumqayıt ərazisi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar