Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ADY-də Çin nümayəndə heyəti ilə müzakirə aparıldı - Foto

Baxılıb: 1 254     Tarix: 02-07-2024 15:17   

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin Xalq Respublikasının Szyansu əyaləti hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Qanunvehedef.az xəbər verir ki, görüş zamanı Orta Dəhlizə yeni yüklərin cəlb olunması, iki ölkə arasında qarışlıqlı əlaqələrin mövcud və gələcək inkişaf perspektivlərdən danışılıb.
Bununla yanaşı, hər iki tərəfi maraqlandıran aktual məsələlər və Azərbaycan ərazisindən keçən tranzit daşımaların Çin tərəfindən subsidiyalaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Görüşün yekunu üzrə əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandum tərəflər arasında dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli əlaqələrin inkişafı və Orta Dəhliz üzrə daşımaların həcminin artırılmasına xidmət edəcək.
Qeyd edək ki, Szyansu əyaləti ilə əməkdaşlıq çərçivəsində Çinin bu bölgəsindən Azərbaycana ilk blok qatarı iyunun 20-də yola düşüb və yaxın günlərdə Bakıya çatacaq.


Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar