YAP seçkiyə görə toplandı
Baxılıb: 562 Tarix: 03-07-2024 11:16
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçiriləcək iclasının gündəliyi məlum olub.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;
2. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi;
3. Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması;
4. Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi.
***
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası başlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclis buraxılıb, növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər