Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ETSN nümayəndəsi beynəlxalq konfransda iştirak edir

Baxılıb: 802     Tarix: 04-07-2024 13:50   

Afrika İttifaqı Komissiyası, Birləşmiş Millətlər Təşkilatının Meşələr üzrə Forumu, Afrika Meşə Forumu və Konqo Respublikası Hökumətinin təşkilatçılığı ilə  Konqonun  Brazavil şəhərində Meşəsalma və Meşələrin Bərpası üzrə Beynəlxalq Konfrans öz işinə başlayıb.
“Qafqazinfo” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, beynəlxalq konfransın keçirilməsində məqsəd ağacəkmə və meşələrin bərpası fəaliyyətlərini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığa, maliyyə resurslarının artırılmasına, bu sahədə innovativ layihələrə çıxışın təmin edilməsinə nail olmaqdır.
Konfrans iştirakçıları iqlim dəyişikliyi ilə mübarizə kontekstində planetdə ağaclandırmanın  əhəmiyyəti, biomüxtəlifliyin qorunması və ekosistem bütövlüyünün təmin edilməsi ətrafında müzakirələr aparacaq, bəşəriyyəti narahat edən ekoloji məsələlərdə beynəlxalq həmrəyliyin vacibliyi barədə  fikir mübadiləsi edəcəklər.
İyul ayının 5-dək davam edəcək beynəlxalq konfransın panel müzakirələrində ETSN-in nümayəndəsi, Nazirliyin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov ağaclandırma, yeni yaşıllıq sahələrinin salınması və meşə ilə örtülü ərazilərin artırılması  istiqamətində ölkədə görülən işlərlə bağlı məlumat verib, iqlim dəyişmlərinin təsirlərinin azaldılması sahəsində yerinə yetirilən tədbirləri beynəlxalq ekspertlərin diqqətinə çatdırıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}