Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nazirlikdən isti hava ilə bağlı xəbərdarlıq

Baxılıb: 685     Tarix: 05-07-2024 15:21   

Bu gün havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33-38, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edir.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, isti hava şəraiti iyulun 6-da da davam edəcək, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir:
“İyulun 6-da Abşeron yarımadasında zəif küləyin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil”.

Qanunvehedef.azшаблоны для dle 11.2