Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Səhərki zəlzələlərin episentri eyni olmayıb

Baxılıb: 241     Tarix: 17-07-2024 11:52   

“Bu gün yerli vaxtla saat 02:20-də Qubada baş verən və maqnitudası 3.2 olan zəlzələ ilə səhər saatlarında Gürcüstan ərazisində qeydə alınan və Azərbaycanın qərb bölgəsindəki rayonlarında hiss olunan zəlzələ arasında heç bir əlaqə yoxdur”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
V.Rafiqqızı bildirilib ki, Qubada baş verən zəlzələ hiss olunmayan zəlzələ idi:
“Biz bu zəlzələ ilə bağlı məlumatı ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yaymışıq.
Episentri Gürcüstan ərazisində olan və Gürcüstan-Azərbaycan sərhəddində yerləşən rayonlarımızda 3-4 bal hiss olunan zəlzələ ilə bağlı narahatlığa isə əsas yoxdur. Çünki burada hansısa dağıdıcılıqdan söhbət getmir. Bu bizim ərazimizdə hiss olunan zəlzələ idi.
Odur ki, xahiş edirik vətəndaşlarımızı məlumatlandırarkən rəsmi məlumatlara istinad edilsin. Vətəndaşlarımızdan xahişimiz isə odur ki, yalnız rəsmi məlumatları izləsinlər”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar