Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı nəticələr açıqlanıb

Baxılıb: 698     Tarix: 22-07-2024 12:08   

Qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirib.
Bu mərhələdə iştirak etmiş 55 namizəddən zərurikeçid balıtoplamış 39 nəfərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.
İyul ayının 29-dan etibarən başlayan icbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.
Namizədlərə icbari təlimlə bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamaları bildirilir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 012-493-71-31).
Söhbət mərhələsində uğur qazanaraq icbari təlimə cəlb olunan namizədlərin siyahısı ilə https://justice.gov.az/news/3796 linkə keçid edərək tanış olmaq mümkündür.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar