Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Spirtli içkilər üçün aksiz dərəcəsi dəyişdi

Baxılıb: 627     Tarix: 24-07-2024 14:05   

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.
Qanunvehedef.az xəbər verir ki, şampan şərabı üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar 1 litr üçün aksiz dərəcəsi 5,1 manatdan 2,7 manata endirilib.
Denaturasiya olunmamış etil spirit (80 həcm faiz və ya çox spirt qatılığı ilə), həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirit və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirit üçün aksiz dərəcəsi 1 litr üçün 6 manatdan 6,8 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litr üçün 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün aksiz dərəcəsi 1 litr üçün 12,0 manatdan 12,8 manata qaldırılıb.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Buy yes2win blackhat skill google seo ranking